Vaqif Abbasov Forum » XƏBƏR VƏ HADİSƏLƏR

“Quest Net” şirkəti Azərbaycanda rəsmən qeydiyyatdan keçib

(41 posts)
  1. admin

    offline
    Key Master

    Bakı. Hafiz Heydərov - APA. “Quest Net” şirkətinin Azərbaycanda rəsmi nümayəndəliyi açılıb. Bu barədə APA-ya şirkətin hüquqi təmsilçisi Natiq Abdullayev məlumat verib. N. Abdullayev şirkətin Azərbaycan nümayəndəliyinin açılması üçün zəruri olan bütün sənədlərin bir müddət əvvəl Vergilər Nazirliyinin qeydiyyat idarəsinə təqdim olunduğunu deyib: ““Quest Net” şirkətinin Azərbaycanda nümayəndəliyi Vergilər Nazirliyində rəsmən qeydiyyatdan keçdi. Bunu təsdiq edən əsasnamə də bu gün artıq nazirlik tərəfindən bizə təqdim olunub”. O, həmçinin yaxın günlərdə şirkətin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin olunacağını və əhali arasında itirmiş olduqları etimadı tezliklə bərpa edəcəklərini söyləyib: ““Quest Net” şirkətinin rəhbərliyi Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır. Məqsədimiz bu kompaniyanı burdakı insanlara sevdirməkdən ibarətdir. Kimlərsə buna iş yeri kimi baxır. Lakin bu belə olmamalıdır”. Natiq Abdullayev yaxın günlərdə “Quest Net” şirkətinin internet səhifəsinin Azərbaycan versiyasının açılacağını da qeyd edib.

    Xatırladaq ki, bu ilin fevral ayında Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq yolu ilə vətəndaşları aldadıb onların milyonlarla manat pulunu ələ keçirmiş transmilli mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsi barədə məlumat yayıb: “Bu dəstə on minlərlə vətəndaşa çəkisi üç qramadək olan qızıl məmulatlarını həqiqi dəyərindən on dəfə baha qiymətə, 800-1500 ABŞ dollarına sataraq külli miqdarda qazanc götürüblər. Prosessual araşdırmalar göstərib ki, “Quest Net” firmasının mərkəzi ofisi Çin Xalq Respublikasının Honq-Konq şəhərində off-şor zonada yerləşir. Firmanın Azərbaycandakı agentliyinin rəhbəri Saatlı rayonunda anadan olmuş, 42 yaşlı Mirvaleh Ağayevin təşkilatçılığı ilə cinayətin qurbanına çevrilmiş 20 mindən çox şəxsdən cəmi 5100 nəfərinə zərgərlik məmulatları verilib, daha 15 minə yaxın sadəlövh vətəndaş hədiyyə alacağı və işə düzələcəyi vədi ilə aldadılıb. Əməliyyat zamanı ilk olaraq firmanın Bakıda 23 satış mərkəzində işləyən 41 nəfər saxlanılsada sonradan onların 37-i azadlığa buraxılıb. Lakin şirkətin Azərbaycan Agentliyinin rəhbəri Mirvaleh Ağayev və onun üç yaxın əlaltısı həbs ediliblər “.

    Bir müddət əvvəl isə məlum cinayət hadisəsində zərərçəkənlərin sayının həddən artıq çox olması və əməliyyat zamanı götürülmüş məhsulların hamısının ekspertizadan keçirilmədiyi əsas gətirilərək istintaqın müddəti daha iki ay uzadılıb. Bununla əlaqədar Nərimanov rayon Məhkəməsi şirkətin Azərbaycan agentliyinin keçmiş rəhbəri Mirvaleh Ağayev və agentliyin daha 3 əməkdaşı barəsində bu ilin fevral ayında seçilmiş 3 aylıq həbs müddətinin daha iki ay uzadılması barədə qərar qəbul edib. Hazırda fakt üzrə istintaq tədbirləri davam etdirilir.
    http://az.apa.az/xeber_“Quest_Net”_shirketi_Azerbaycanda__158054.html

    Posted 1 year ago #
  2. admin

    offline
    Key Master

    Bunu Questin Azərbaycanda fəaliyyəti dövründə ən uğurlu hadisə hesab etmək olar.
    Təbriklər!

    Posted 1 year ago #
  3. NETWORKER

    offline
    Member

    Super! Həəə, indi işləməyə dəyər. Bax bu başqa məsələ.

    Posted 1 year ago #
  4. admin

    offline
    Key Master

    Anti Quest Zaur niyə imkan verdin qeydiyyat məsələsinə. Axı sən deyirdin...

    Posted 1 year ago #
  5. azeri_007

    offline
    Member

    salam ADMIN. deyasan sen mani qabaqladin. yenada hamini tebrik ediram, indi ne deyirsiz ishlemek olar yoxsa gozleyek uqurlar millet

    Posted 1 year ago #
  6. Sehran

    offline
    Member

    TEBRIKLER Millet!!! Vaqif M., Networker, azeri007 !!!
    Axir ki, questchilerin gozlediyi gun gelib chixdi, Demek olar ki YENI MERHELE bashlayajaq, elemi?
    Yeni merhele de yeni problemler getire biler, Sher demesen xeyir gelmez, Hazir olmaq lazimdir, Meselen Sual oluna biler kim harda (hansi ofisde) bashlasin ishine, here oz liderine muraciet etsin demeyin, chunki, qarishiq veziyyet hemin "adamlarin" liderliyini elinden aldi, onlara inam qalmadi, nufuzlarini itirdiler.
    bele olan halda, liderine inanmayan, onunla elaqesini kesen ve ishlemeye hevesi olanlar kime muraciet ede biler? vahid merkezden idare prinsipi varmi? indi bu kimi suallara cavab tapmaq vaxtidir, hele chox suallar meydana chixajaq, Ona gore de mohkem dayanmaq lazim, azeri007, axi yuxarilarla sizin elaqeniz var!
    Bir daha tebrikler!

    Posted 1 year ago #
  7. admin

    offline
    Key Master

    Sehran indi deyirsən Liderlərindən imtina edənlər ofisi təşkil olunsun?
    Bütün hallarda liderlərinizlə işləmək məqsədyönlüdür.

    Posted 1 year ago #
  8. Metleb

    offline
    Member

    Mence hemen inanmayan insanlar istemezler ki tc-leri bo$ qalsin. Qazanmaq isteyen insanlar düzgün seçimini edecek.
    Haminizi tebrik edirem!

    Posted 1 year ago #
  9. admin

    offline
    Key Master

    Həbsdə olan məhsullar artıq azadlığa çıxır

    Posted 1 year ago #
  10. admin

    offline
    Key Master

    Questin ofislərinin girişində lövhə olacaq.

    Attachments

    1. quest.jpg (153.5 KB, 2 downloads) 1 year old
    Posted 1 year ago #
  11. azeri_007

    offline
    Member

    SALAM MILLET.. ELA ABU HAVADI KI, SUPER COX GOZELDI HER SHEY,. EN SON MELUMATI NEZERINIZE CATDIRIM, MEHSULLAR OZ SAHIBINE CATACAQ YAXIN GUNLERDE, ARTIQ ELIMIZDE 600 NEFERIN SIYAHISI VAR. BIR DENE DE SON XEBER HAMINI TEBRIK EDIRAM AZERBAYCANIN BEZI BOLGELERINE OFIS ACMAQ IMKANI VERILKACAK, BU SUPERDI BIZ BUNDAN SONRA HER YERDA OLACAQIQ.

    SEYRAN SALAM,. SEN NIYE HEMISHE MENE SATASHIRSAN, MEN DE SENIN KIMI BU BIZNESA QOSHULANLARDANAM, YUXARILAR DEYANDAKI BIZ HAMIMIZ BIRIK, SELAHIYYETIMIZ DE BIRDI, BIZNESIMIZ DE BIR, MENE BELA MURACIET ETMA! BIZ V-TEAM OLMALIYIQ,INDI HAMI BIRDI, BUTUN AZERBAYCAN BIR KOMANDA SHEKLINDE ISHLEYECEK. ONA GORE MENDE OLAN BUTUN MELUMATI BURA HAMIYA YAZACAM.
    "Yeni merhele de yeni problemler getire biler, Sher demesen xeyir gelmez, Hazir olmaq lazimdir, Meselen Sual oluna biler kim harda (hansi ofisde) bashlasin ishine, here oz liderine muraciet etsin demeyin, chunki, qarishiq veziyyet hemin "adamlarin" liderliyini elinden aldi, onlara inam qalmadi, nufuzlarini itirdiler.
    bele olan halda, liderine inanmayan, onunla elaqesini kesen ve ishlemeye hevesi olanlar kime muraciet ede biler? vahid merkezden idare prinsipi varmi? indi bu kimi suallara cavab tapmaq vaxtidir, hele chox suallar meydana chixajaq, Ona gore de mohkem dayanmaq lazim, azeri007, axi yuxarilarla sizin elaqeniz var!
    Bir daha tebrikler! " BUNLARLA HARDASA RAZIYAM SENLE, AMMA BIR SHEYI NEZERDEN QACIRMA, BILMIRAM KIMSEN, SHEBEKENDE NE QEDER INSAN VAR, AMMA MENIM BASHIMA AZ SHEY GALMADI, MEN COX SHEYIN SHAHIDI OLDUM . DEYIRDILAR QUEST BIR HEYATDIR, BIZE BIRTEHER GELIRDI AMMA BUNUN SHAHIDI OLDUQ, INSANLAR ELENDI, LAYIQLI INSANLAR ORTAYA CIXDI, PEYSARLAR MELUM OLDU HANSIKI, BIR VAXTLAR FILANKES MUALLIM DEYIRDI, GORENDE MUCH-MUCH EDIRDI, BIR BALACA BUDREDIK ALE QAQASH PULUMU VER..........SEN YEMISEN MENIM PULUMU, MEN SENI YASHATMARAM VE S. COX SHEYI YAZMASAM YAXSHIDI..INDI ONLAR HELE BIRINCI EFIR CIXAN KIMI,"ZENG ETMAK,HALIMIZI SORUSHMAQ,MENIM LIDERIM DEMAK,ELA BIL DARIXIB MENIMUCUN,.." BELA INSANA NE DEYASAN.AMMA BIR SHEYDA VAR BU QUESTDA,GEREK HAMI ILE ISH BIRLIYI QURA BILESEN, YENA ONLAR UZLERINE UZ TAXIB MENIM YANIMA GELIRLER ISHLEMEK ISTEDIKLERINI DEYIRLAR, MEN BORCLUYAM O INSANI PULA CATDIRIM, INDI O ISHLEYECEK BIZ DE......... BIR DENE DE GOZEL BIR FIKIR VAR BU BIZNESDA "" Ticaret aleminde siz ilk defe olaraq oz qazancinizi bashqalariyla reqabet yolu ile deyil mehs onlarin nailliyyetlerinden elde eda bilersiniz"" BU SOZU DEYANA ALLAH KOMEK OLSUN. INSAN GEREK BAGISHLAMAQI HEC VAXT UNUTMASIN, CUNKI BOYUK ALLAH BAGISHLAYANDI. HEM DE MENIM UCUN UMIYYETLE FERQI YOXDU, CUNKI BOYUK SHEBEKEMIN OLMAQINA BAXMAYARAQ MEN HELE NUMAYENDELIK ACILMAMISHDAN YENI QURDUQUM SHEBEKE ILE ONSUZDA ISHLEYIRAM, CUNKI MENIM MEQSEDLERIM SONMEMISHDI, YADINIZDADIRSA MEN GOZLEMEMEK HAQDA YAZMISHDIM, MEN BU BIZNESDA BIR SHEYINDE SHAHIDI OLDUM, NETWORKER HEC VAXT GEREK SONMESIN VE DAYANMASIN,HEC VAXT KIMESE ARXAYIN OLMASIN KI, KIMSE GELIB ONUN SHEBEKESINDE ISHLEYECEK, BU BELA DEYIL VE HEC VAXT OLMAYACAQ, OZUN HEMISHE OZUN... HEMISHE YENI INSANLARLA TANISH OL VE BIZNESI BOYUT, BURDA TEKCE NUFUZ DAIRESI YOX INAMIN OLSA YOLDAN KECAN INSANI DA BURA DAXIL EDA BILERSEN AMMA TAM DUZGUN YALAN OLMADAN, INAM VE ENERJI HEMISHE SIFETINDEN ESKIK OLMAMALIDI BU SENIN BIZNESININ BIR NOMRELI UGURUDU. SAQ OLUN.

    BIR DE KI, SEYRAN SEN BU SUALLA DEYASAN OZUN NESE ETMISENAAAAAAAAAAAAAAAAA?!

    Posted 1 year ago #
  12. User

    offline
    Member

    Salam dostlar, bizim komrukdeki mallarimiz artiq chixdi. Tebrik edirem hamini.

    Posted 1 year ago #
  13. Sehran

    offline
    Member

    Sene de Salamlarimi yetirirem, Azerioo7,,,
    Cavabina gore xususi teshekkurler! Senin butun fealiyyetine qibte edirem, xususen de durghunluq devrindeki fealiyyetine. durmadan, hevesden dushmeden chalishdin, ona gore seni xususi TEBRIK edirem, Evvela sene satashmiram, Saytdan her kim gore biler ki dolghun melumatlar sendedir, bu da ele bele, elaqesiz ola bilmez, Yuxarida yazdiqlarimi diqqetle nezerden kechirsen gorersen ki, onlar mene, sene yox 3-cu shexse aid olunub, bu 1.
    2.yzirsan ki, MEN DE SENIN KIMI BU BIZNESA QOSHULANLARDANAM, YUXARILAR DEYANDAKI BIZ HAMIMIZ BIRIK, SELAHIYYETIMIZ DE BIRDI, BIZNESIMIZ DE BIR,
    cvb: Men ise qoshulanlardan deyilem, sadece yaxin qardashlar ordadir, onlara da meslehet gormishdim ki getmesinler! Ona gore de selahiyetlerimiz ve biznesimiz bir deyil, komanda kimi ishlemenize chox sevinerdim, amma alinmasina inanmiram,,,
    3.deyirsen ki, BUNLARLA HARDASA RAZIYAM SENLE, AMMA BIR SHEYI NEZERDEN QACIRMA, BILMIRAM KIMSEN, SHEBEKENDE NE QEDER INSAN VAR, AMMA MENIM BASHIMA AZ SHEY GALMADI,
    cvb: yazimda ele shey yoxdur ki razilashmayasan, chunki hazir heyatdan goturulmush fraqmentlerden hasil olunubdur. chox sohbetlerde qardashlarin yaninda oldum, nece yalanlarin shahidi oldum. Kimliyim ele da vacib deyil, esas faktdir. Nezer yetirsen Men SEYRAN yox SEHRANam, Shebeke yigdiqdan sonra kimler olacak, sonra bile bilerem, bashina neler geldiyini bile bilmerem chunki, senin yashadiqlarini men yashamamisham,,,
    4.INSAN GEREK BAGISHLAMAQI HEC VAXT UNUTMASIN, CUNKI BOYUK ALLAH BAGISHLAYANDI.
    cvb: Buna ise xususi ALQISHLAR! Yuzde yuz raziyam,,,
    5. AMMA TAM DUZGUN YALAN OLMADAN,
    cvb: Amma gel gor eledirmi??????????? ozum gormesem de kifayet qeder yalanlarin ichinde hereket edirsiniz, bunu menden de yaxshi bilirsiniz, choxlari var ki yaghmasa da guruldayir, tanish var ki, acindan gunorta saat 1 de durur, danishanda ise milyonlardan dem vurur, Sebeb: Quest!
    6.BIR DE KI, SEYRAN SEN BU SUALLA DEYASAN OZUN NESE ETMISENAAAAAAAAAAAAAAAAA?!
    cvb: bu mulahizene cavabi yuxaridaki cavablardan tapa bilersen, eger diqqet verdinse?!
    yani, 1 ve 2-ci CVBlar.
    Bir daha sene ve senin kimi chalishanlara yaxshi menada qibtemi bildirirem, Men bunu bacarmaram, bacarsaydim eger men de Sizinle olardim,,, Chox teessuf!

    Posted 1 year ago #
  14. admin

    offline
    Key Master

    Artıq dərəcədə xahiş edirəm mövzulara uyğun şərhlər yazasınız.

    Posted 1 year ago #
  15. Ziko

    offline
    Member

    "QuestNet" şirkətinin Bakı ofisi bir həftə müddətində işini bərpa edəcək
    NATİQ ABDULLAYEV: "BİR HƏFTƏDƏN SONRA VƏTƏNDAŞLAR NÜMAYƏNDƏLİYƏ MÜRACİƏT EDƏ BİLƏRLƏR"

    BİR gün öncə Azərbaycanda rəsmən qeydiyyatdan keçən "QuestNet" şirkətinin Bakı ofisi bir həftə müddətində işini bərpa edəcək. Bu barədə "Üç nöqtə"yə şirkətin Azərbaycandakı hüquqi nümayəndəsi Natiq Abdullayev məlumat verib. Onun sözlərinə görə, şirkətin Azərbaycan nümayəndəliyi dövlət qeydiyyatına alınıb və bütün sənədlər Vergilər Nazirliyi tərəfindən təsdiqlənib: "Möhürün hazırlanması, hesabat xarakterli sifarişlər bitmək üzrədir. Sənədləşmə işləri bitən kimi bir həftəyə ofis işinə başlayacaq. Şirkət bununla da sübut etdi ki, Azərbaycanda təsadüfi fəaliyyət göstərməyib. Hətta özünün Azərbaycanda nümayəndəliyini təsis etdi. Bir həftədən sonra vətəndaşlar nümayəndəliyə müraciət edə bilərlər. Heç bir narazı insan qalmayacaq. Malı çatmayan insanlar mallarını alacaq, komisyon malların ödənişi tam təmin ediləcək. İnternet versiyanın Azərbaycan variantı hazırlanır. Artıq alıcılar internetdən seçim edərkən Azərbaycan dilindən istifalə edəcəklər". N.Abdullayev şirkətin həbs olunan 4 nümayəndəsi ilə bağlı məlumat da verdi: "Həbs olunan şəxslərin istintaqı gedir. Onların tutulmasının "QuesNet"in fəaliyyətinə heç bir aidiyyəti yoxdur. Həmin şəxslərə verilən ittihamın da şirkətlə əlaqəsi yoxdur. Məhkəmə 4 şəxsin müraciətilə bağlıdır. Şikrətin Bakı nümayəndəliyinə rəhbərlik edəcək şəxsin adı isə hələ məlum deyil. Hazırda bu vəzifəyə 3 nəfərin namizədliyi irəli sürülüb. Onun sözlərinə görə, bu yaxınlarda Bakı nümayəndəliyinə kimin rəhbərlik edəcəyi məlum olacaq. Qeyd edək ki, "QuestNet" şirkətinin bir müddət əvvəl Azərbaycanda fəaliyyətinə qadağa qoyulmuşdu.

    PS. bu 01 iyul 2009-cu il tarixli uc noqte qezetinde cixan melumatdir.

    HORMETLE.

    Posted 1 year ago #
  16. azeri_007

    offline
    Member

    ICERIDE OLAN INSANLARDAN IKISI AZADLIQA BURAXILIB, QALAN QARDASHLAR YAXIN GUNLERDE AZADLIQA CIXACAQLAR INSHALLAH

    Posted 1 year ago #
  17. xeyber

    offline
    Member

    Ziko yazib - Shirket Hətta özünün Azərbaycanda nümayəndəliyini təsis etdi. Bir həftədən sonra vətəndaşlar nümayəndəliyə müraciət edə bilərlər. Heç bir narazı insan qalmayacaq.
    Hansi numayendeliye, hansi kuchededir, hansi seherdedir, ne vezni var ne de qafiyesi-
    unvan yox, telfon yox, kime muraciet etmek olar???????????????????????????????

    Posted 1 year ago #
  18. Mstyle

    offline
    Member

    xeyber. tam deqiq melumat yaxin vaxtlarda olacaq. Həm internet sehifesi hemde ünvani. hövselen olsun

    Posted 1 year ago #
  19. AntiQuest

    offline
    Member

    Xeybar qardash, yena da sabahlarla camaati aldadillar. Shirkatin 1 haftaya acilan ofisi uje ay qutarir halada ortada yoxdu nasa. Natig yalana malumatlarla camaatin bashinin altina yastig qoyur.

    Siza bir sual verim, Niya sizin Qahraman Vijay Ishvaran galib burda rasmi shakilda acilish elamadi ? Ay millat yatmisiniz e...

    Dunan man Vergilarda bu temani qaldirdim, hec bir rasmilashma yoxdu, tamam bashga bir profilli voin qeydiyyatdan kecirlib, siz da almisiz e duduyu ya da tutayi aliniza calirisiniz.

    Shirkatin qeydiyyati az qaldi 2 ay caksin, xeir ola ? Normalda galin gedak 1 gunun icarisinda tak pancara sisteminda sizin shirkati 1 saata qeydiyyatdan kecirim, voin alim, kassa oformit elayim. sahardan bashlayin isha. Xeir ola bu Quest 1 ay cakdi ? Xolding zaddi ? :)looooooool

    Cox gulmali va yazig gundasiniz.

    Posted 1 year ago #
  20. ASP

    offline
    Member

    AntiQuest,
    Sen hardan chixdin eee? sene ne lazimdir? ejdaha lazim deyilse, qoy camaat oz ishini gorsun da ... ,,,, hansi qeydiyyatdan danishirsan? sene verilen suallara cavab verenden sonra gelersen!!! good-bye !!!!!!!!!!!! poka ,,,,,,,,,,,, heleliiiiiiiiiiiik,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

    Posted 1 year ago #
  21. -Ruslan-

    offline
    Member

    AntiQuest, sən uje bilmirsən öz yalanı necə insanların başlarına sürtmək. Ay millət, Vergilər Nazirliyinin saytına girin və yoxlayın kim yalan deyir, Natiq yoxsa bu antizaur.
    http://taxes.caspel.com/2009/modules/birpencere/reyestr/melumat.php?ay=06&il=2009&gun=25 (nömrə 10)

    Posted 1 year ago #
  22. xeyber

    offline
    Member

    «Beynəlxalq cinayətkar şəbəkə» yenidən fəaliyyətə başladı
    Anormal piramida «möcüzəsi» yenidən qeyri-leqal fəaliyyətlə məşğuldur
    2009-cu ilin fevraln 11-də DIN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunan QuestNet şirkətinin Azərbaycandakı nümayəndəsi Valeh Ağayev və digər 3 nəfər Nərimanov rayon məhkəməsinin qərarı ilə həbsdən azad olunublar. Onların barəsindəki istintaq işi isə davam edir.
    Bu arada APA-nın yaydığı məlumata görə QuestNet şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyi dövlət qeydiyyatından keçib və fəaliyyətə başlayıb. Rəsmi orqanlar bu barədə hər hansı məlumat verməyiblər. Lakin ayrı-ayrı mənbələrdən alınan məlumatlar təsdiqləyir ki, QuestNet şəbəkəsi yenidən fəaliyyətə başlayıb. Fevral ayında aparılan həbslərdən sonra bağlanmış ofislər açılır və şəbəkəyə yeni üzvlər kütləvi surətdə cəlb olunurlar.
    Xatırladaq ki, Honq Konq şəhərində yerləşdiyi bildirilən QuestNet şirkəti Internet vasitəsilə müxtəlif qızıl-zinət əşyalarının satışını həyata keçirir. DIN-in yaydığı məlumatda bu şirkətin məhsullarının Azərbaycanda 20 mindən artıq insana satıldığı bildirilmişdi. Daha doğrusu, DIN-in “beynəlxalq cinayətkar şəbəkə” adlandırdığı bu şəbəkəyə 20 min nəfərin cəlb olunduğu, onların hər birindən işə düzəltmək adı ilə müxtəlif məbləğlərdə 500-2000 manat pul yığıldığı bildirilmişdi. Şəbəkənin rəhbəri V.Ağayev həbs olunduqdan sonra Bakıdakı 20-dən artıq ofis bağlanmışdı və şirkətə pul köçürmüş şəxslərin pulları faktiki olaraq batmışdı. Bu vaxta qədər 1000-ə qədər qızıl-zinət əşyalarının DIN-də saxlandığı məlumdur. Dələduzluqda təqsirləndirilərək həbs olunan şəxslər azadlığa buraxılsalar da işlə bağlı məhkəmə keçirilməyib.
    Maraqlıdır ki, bu hadisələrdən zərər çəkənlərin pulları qaytarılmamış şəbəkəyə yeni şəxslər cəlb olunmağa başlayıb. Son 1-2 həftədə Bakının müxtəlif rayonlarında yeni ofislərin açıldığı bildirilir. Hələlik qeyri-leqal fəaliyyət göstərən şəbəkə yenə də əvvəlki kimi - hər bir şəxs özündən başqa 2 nəfəri cəlb etmək üsulu ilə işləməyə başlayıb. Şirkətin əmkdaşları şəbəkəyə yeni qoşulanları inandırmağa çalışırlar ki, artıq yüksək səviyyədə dövlət orqanlarından icazə alınıb və şirkət yeni formada işə başlayır. Yenə də insanları işə götürmək, xarici ölkələrə biznes kurslarına göndərmək, qızıl-zinət əşyaları almaq, dünyanın istənilən nöqtəsinə real qiymətindən dəfələrlə ucuz qiymətə turist səfərləri təşkl etmək və s. adlarla pul yığılır.
    Bizimlə söhbətində Rafiq Ələkbərov adlı Bakı sakini QuestNet şirkətinin, dövlətdə lap yuxarı səviyyədəki məmurlardan biri ilə anlaşdığını və fəaliyyətini bərpa etdiyini deməklə, yaxın vaxtlarda böyük biznes şəbəkəsinin işə başlayacağını bildirdi. Məlum olur ki, özlərini “liderlər” adlandıran şəxslər şirkətə pul ödəmiş insanları inandırırlar ki, dövlət səviyyəsində onların fəaliyyətinə “yaşıl işıq” yandırılıb və bundan sonra onlara heç kim mane ola bilməz.
    Səbuhi - http://azadliq.az/?p=17021&cpage=1#comment-3524

    Posted 1 year ago #
  23. Mstyle

    offline
    Member

    xeyber... bu meqaleni yazan jurnalistdirse onda men de kosmonavtam. Ae jurnalist bir araşdırma aparar ki ne var ne yox. O ne jurnalistdirki resmi organdan bir shey gedib sorushmur lap bele hech resmi organin resmi saytindan bir melumat almadan öz ağlına meqale yazıb. Budur jurnalistika??? berek allah. Vergiler Nazirliyinde Resmen qeydiyyatdan keçmiş şirket firildaqçıdır? lol

    Posted 1 year ago #
  24. Mstyle

    offline
    Member

    2 AntiQuest şirket 25.06.2009-cu ilden qeydiyyatdan keçib. tak şto sen hele fil qulağında yatmısan.

    Posted 1 year ago #
  25. NETWORKER

    offline
    Member

    BU "JURNALİST" YƏNİ SƏBUŞKA (SƏBUHİ) DƏ GÖRÜNÜR ANTİQUEST KİMİ FİKİRLƏRƏ MALİKDİR. ONA GÖRƏ BU MƏQALƏNİ YAZIB.
    O ƏVVƏLLƏR DƏ BELƏ MƏQALƏLƏR YAZIB.
    AMMA ƏSİL JURNALİST FAKTLARA ƏSASLANMALIDIR. "CİNAYƏTKAR ŞƏBƏKƏ" TERMİNİNƏ GÖRƏ QUESTNET-İN NÜMAYƏNDƏLİYİ ONU MƏHKƏMƏYƏ VERƏ BİLƏR. ÇÜNKİ BU QURUM ARTIQ QEYDİYYATDAN KEÇİB VƏ DÖVLƏT QURUMLARI TƏRƏFİNDƏN HÜQUQİ OLARAQ TANINIB. TAK ŞTO BELƏ MƏNASIZ ŞEYLƏRƏ FİKİR VERMƏYİN. BUNU OXUMAQDANSA, NETVORK MARKETİNG BARƏDƏ BİR ŞEY OXUMAQ DAHA FAYDALIDIR. ONLAR BELƏ MƏQALƏLƏR YAZMAQLA QUESTNET-DƏ OLAN TƏRƏFDARLARINI, YAXUD DA GƏLƏCƏKDƏ ONLARIN TƏRƏFDARI OLA BİLƏCƏK İNSANLARI İTİRİRLƏR. GÖRƏK BUNDAN NƏ QAZANACAQLAR. DAHA AĞILLI MÜXALİFƏT JURNALİSTİ İLK NÖVBƏDƏ BUNU FİKİRLƏŞMƏLİDİR. JURNALİST ÖZ SUBYEKTİV FİKRİNİ DEYİL, BU BİZNES SAHƏSİNDƏ ÇALIŞANLARIN FİKRİNİ İFADƏ ETSƏYDİ DAHA OBYEKTİV OLARDI. YƏQİN O DA KİMLƏSƏ QUESTNET-İN AÇILMAYACAĞI BARƏDƏ MƏRC GƏLİB VƏ UDUZUB, İNDİ DƏ HİRSİNDƏN BU MƏQALƏNİ YAZIB. HA-HA-HA.

    Posted 1 year ago #
  26. Metleb

    offline
    Member

    Dirnaqarasi "Jurnalist" qezet üçün aktual mövzu yazib. "ki$i" qanarar alir buna göre )) Ne ferqi var ne yaziram esas odur ki men pul alim. Absurd.

    Posted 1 year ago #
  27. axilles

    offline
    Member

    Hamiya salamlar! Yeni qatildigima gore sohbetlerden xeberim yoxdur! Men de bu boyuk shirketin uzvlerinden 1-iyem, inkishaf etmishdim mueyyem merheleyedek, sonradan olan hadiselerin gedishati ve + televiziya melumatlari

    Posted 1 year ago #
  28. Mstyle

    offline
    Member

    axilles senin deyesen son xeberlerlerden XEBERİN yoxdur.

    Posted 1 year ago #
  29. _e_smile_

    offline
    Member

    Həqiqəti gələcək göstərəcək.
    Mən QUESTə inanıram.
    HZ******(questçilər bilər)

    Posted 1 year ago #
  30. _e_smile_

    offline
    Member

    Questnetin resmen fealiyyete başlamadigina inamayan varsa versiler nazirliyinin saytin girib orada sual cavab bolmesinden İsmail Bəşirlinin bashirlis@mail.ru verdiyi suala baxa biler.hette cavaba da baxa biler."1100497421 saylı VÖEN" bu da bu.

    Posted 1 year ago #

RSS feed for this topic

Reply »

You must log in to post.