Vaqif Abbasov Forum » XƏBƏR VƏ HADİSƏLƏR

“Quest Net”-in bütün əməkdaşları azadlıqda

(1 post)
  • Started 1 year ago by admin
  1. admin

    offline
    Key Master

    Daxili İşlər Nazirliyi tərəfindən bu ilin fevralında həyata keçirilən xüsusi əməliyyat zamanı tutulan “Quest Net” şirkətinin Azərbaycan agentliyinin sonuncu iki əməkdaşı da həbsdən azad edilib.

    Bu barədə APA-ya şirkətin hüquqi təmsilçisi Natiq Abdullayev məlumat verib. Onun sözlərinə görə, bu, zərərçəkən şəxslərin şirkət əməkdaşlarına qarşı irəli sürdükləri şikayətləri geri götürməsindən sonra mümkün olub. Nərimanov rayon Məhkəməsi “Quest Net” şirkətinin Azərbaycan agentliyinin daha iki əməkdaşının barələrində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə qərar qəbul edib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar. Bununla da şirkətin bütün əməkdaşları həbsdən azad olunub.

    Bir müddət əvvəl isə Nərimanov rayon Məhkəməsi “Quest Net” şirkətinin Azərbaycan agentliyinin rəhbəri Mirvaleh Ağayev və agentliyin daha 3 əməkdaşı barəsində seçilmiş həbs-qətimkan tədbirinin ləğv edilməsi barədə qərar qəbul edib. Buna baxmayaraq, onların barəsində başlanmış cinayət işinə xitam verilməyib. Fakt üzrə istintaq tədbirləri davam etdirilir. N. Abdullayev, həmçinin “Quest Net” şirkətinin artıq Azərbaycanda rəsmi nümayəndəliyinin açıldığını və bura Namiq Abbasov adlı şəxsin rəhbərlik etdiyini bildirib.
    http://lent.az/news.php?id=28292

    Posted 1 year ago #

RSS feed for this topic

Reply

You must log in to post.