Vaqif Abbasov Forum » XƏBƏR VƏ HADİSƏLƏR

Eyyub Hüseynov “Quest Net” şirkətinin fəaliyyətini izləyəcək

(2 posts)
  1. admin

    offline
    Key Master

    AİB bir ay monitorinq aparacaq

    Daxili İşlər Nazirliyi tərəfindən bu ilin fevralında həyata keçirilən əməliyyat zamanı tutulan “Quest Net” şirkətinin Azərbaycan agentliyinin rəhbəri Mirvaleh Ağayev və agentliyin daha üç əməkdaşı üç həftə əvvəl həbsdən azad edildi. “Quest Net” şirkətinin isə artıq Azərbaycanda rəsmi nümayəndəliyi açılıb və nümayəndəliyə Namiq Abbasov adlı şəxs rəhbərlik edir.

    Şirkətin yeni fəaliyyət dövründə istehlakçı hüquqlarının qorunmasına nəzarət olunacaqmı? Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Lent.az-a açıqlamasında bildirdi ki, “Quest Net” şirkətinin Azərbaycan agentliyinin əvvəlki rəhbərliyinin fəaliyyətindən zərər çəkmiş 200 nəfərə yaxın insan AİB-ə müraciət edib.
    Bu günlərdə əvvəlki rəhbərlik tərəfindən hüquqları pozulmuş daha iki istehlakçı AİB-ə müraciət edib.

    Eyyub Hüseynov “Quest Net” şirkətinin Azərbaycanda yeni qeydiyyatdan keçmiş rəsmi nümayəndəliyinin fəaliyyəti ilə bağlı AİB-in bu ay ərzində monitorinq aparacağını bildirdi: “Biz “Quest Net” şirkətinin Azərbaycanda yeni qeydiyyatdan keçmiş rəsmi nümayəndəliyinin fəaliyyətini araşdırdıq. Bu agentliyin fəaliyyəti “Elektron ticarət haqqında” qanuna uyğundur. Bununla belə, biz bir ay ərzində onun fəaliyyəti ilə bağlı monitorinq aparacaq və nəticələrini ictimaiyyətə açıqlayacağıq. AİB istehlakçıları da maarifləndirməyə çalışacaq ki, növbəti dəfə aldanmasınlar”.

    AİB sədri onu da qeyd etdi ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda elektron ticarət sahəsində istehlakçı hüquqları tam qorunmur: “İndiki qanunlar istehlakçıların hüquqlarını qoruya bilmir. Biz dövlətə təklif vermişik ki, elektron ticarət zamanı istehlakçıların hüquqları qorunsun”.
    http://lent.az/news.php?id=28587

    Posted 1 year ago #
  2. Sehran

    offline
    Member

    ##-AİB istehlakçıları da maarifləndirməyə çalışacaq ki, növbəti dəfə aldanmasınlar-##.
    AIB sedrinden sorushmaq lazimdir axi,,, ##-aldanmaq-## deyende neyi nezerde tutursunuz?! kim ve ne cur aldanib? Belke, ishin gedishatini anlamadan ozunu #-aldanmish-# hesab edenler var- deseniz daha doghru olardi?! Xahish olunur izah edesiniz!!!!!!!

    Posted 1 year ago #

RSS feed for this topic

Reply

You must log in to post.