to: Mstyle
tekidle vurgulayirsan ki, Deklarasiya vergisini öyrənmək lazımdır.
bu ne olan sheydir, Zahmet olmasa achiq yaz hami basha dushsun, serf eleyesi sheydirmi bu?!
Vaqif Abbasov Forum » QUEST.NET
Elektron biznesdə vergi olmalıdırmı...?
(39 posts)-
Posted 1 year ago #
-
Ay millet bes bu gömrük rüsumundan xeberi olan var? Mallar gömrükden nece gelecek?
Posted 1 year ago # -
Salamlar,,,
Yaman canlanma bash verib saytda, Ay can Ay can,,, Questdeki dostlarim teze sevinmeye bashlamishdi, teze xeberlerin biri de geldi:::
GƏLƏN İLDƏN AZƏRBAYCANDA VERGİ DƏRƏCƏLƏRİ DƏYİŞİR
Gələn ildən Azərbaycanda vergi dərəcələri dəyişir. Prezident İlham Əliyev Vergi Məcəlləsinə əlavə və dəyişiklikləri təsdiqləyib. Bu dəyişikliklərin əsas məğzi mənfəət vergisinin və gəlir vergisinin aşağı salınmasıdır.
Dəyişikliklərə görə, yanvarın 1-dən mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə endirilir. Bu dəyişiklik, vergi yükünün qismən azalması və işgüzar fəallığı artırması üçün nəzərdə tutulub. Sadələşdirilmiş vergidə də dəyişiklik var. Əvvəllər bu vergiyə düşmək üçün hüquqi və fiziki şəxslərin rüblük dövriyyəsi 22500 manatı keçməməliydisə, indi hüquqi şəxslər üçün bu məbləğ böyüdülüb. Yəni hüquqi şəxslər rüblük dövriyyəsi 37500 manata çatana qədər sadələşdirilmiş vergidə qalacaq. Başqa sözlə, rüblük dövriyyəsi 22500 manatdan yuxarı olanlar vergini sadələşdirilmiş şəkildə ödəmək üçün hüququ şəxsə çevrilməli olacaq.
Gəlir vergisindəki dəyişikliklər nəticəsində maaş alanlar və sahibkarlar üçün vergi dərəcələri fərqləndirilib. Maaş alanlar üçün verginin maksimum dərəcəsi 35 %-dən 30 %-ə endirilib. Bu yenilik maaşı ayda 2000 manatdan çox olanlar üçündür. Maaşı bundan az olanlardan gəlir vergisi əvvəlki kimi 14 %-lə tutulacaq.
Sahibkarlara gəlincə, əvvəllər illik gəliri 24 min manatdan az olanar vergini 14 %-lə, 24 min manatdan artıq olanlar isə 35 %-lə ödəyirdilərsə, indi vergi dərəcələri gəlirdən asılı olmayacaq. Qazancından asılı olmayaraq bütün sahibkarlar vergisini 20 %-lə ödəyəcəklər.
Gəliri 24 min manatan artıq olanlar üçün bu yenilik sərfəlidir. Onların vergisi 35-dən 20 %-ə düşür yəni 15 % azalır, əvəzində illik gəliri 24 min manatdan az olanların ödədiyi vergi 14 %-dən 20 %-ə yəni 6 % artacaq. http://az.itv.az/iqtisadiyyat/3118.html
Allah sonrasini xeyir elesin,,,,,Posted 1 year ago # -
Teze vergi deyişikliklerine sevindim. amma mence hələdə yetərli deyil.
Deklarasiya vergisinə görə qazanılan vergi qazanılna puldan yox, qazandıqdan sonra iş üçün xərcləmələr çıxdıqdan sonra yerdə qalan məbləğ üzərindən tutulur. Ona görə də qazandığınız pulu biznesiniz inkişafına - qanuni yolla yönəldə bilsəniz sizdən qazandığınız 1000$ dan vergi yox xərcləmələr çıxılandan sonra yedə qalan tutalım 200USD-dən vergi tutulur. vot tak votPosted 1 year ago # -
Mənə hələ çatmir ki, biz niyə sadələşmiş vergi verməliyik? bu növ vergi məhsula olan vergidir. Yəni, biz əgər hər hansı məhsul istehsal edib satsaq və ya almış olduğumuz məhsulun üstünə öz gəlirimizi qoyub baha satsaq o zaman bu növ vergi bizə şamil oluna bilər. Amma biz şirkətin məhsulunu satırıq və məhsulun üzərinə əlavə pul qoymuruq. Bunu şirkət ödəməlidir (qeyri-rezident). Mənim bildiyim biz Gəlir vergisi (14%) və Dövlət Sosial Müadafiə Fonduna (3%) verməliyik.
Mağazada satıcı olan bir şəxs satdığı maldan niyə ƏDV verməlidir? ƏDV-ni mağaza sahibi verir. Satıcı yalnız 14% Gəlir vergisi + 3% DSMF ödəyir. Birdə mağaza sahibi 22% DSMF ödəyir.
Bu işin ustalarından soruşmaq lazımdır.Posted 1 year ago # -
Salamlar, Admin Bey!
Bu vergi meselesi chox qeliz meselelerden biridir, qeydiyyatda oldughunuz vergi idaresine getseniz bele, Size yene hech shey aydin olmaz, bilirsiz niye? Ona gore ki, onlar ozleri bele bilmir ki, ne isteyirler, bashima gelib deyirem, 4%-n yerine ele firladillar ki 14% odemeli olasan, Etrafimda buxaltrler choxdur, onlar bele izah edirler ki, AR vergi qanunvericiliyine gore Azerbaycan vetendashi olaraq elde etdiyin gelire gore vergi odemelisen. Siz deyen 14% odeme menbeyinden tutulur (Size verilen maashdan) ve + Shirket ve ya sahibkar 3% sizin maashdan + 22% istehsalatdan elde etdiyi gelirden odeyir DSMF-ye, Amma Questchiler ora shamil olunmur, yani mash almirlar, Questden alinan pul komission hesab olunur,
4% - sadeleshdirilmish vergi sistemini de istehsalatla baghlayirlar, neticede Questchiler qalir arada, istediyi kimi firrada bilerler, tak 4to, bashi chixan adamla, buxaltrle getmek lazimdir oralara, kimi nece bacarsalar eleVergilerin saytindan :
Qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir üzrə fiziki şəxslərin vergi öhdəlikləriQeyri-sahibkarlıq fəaliyyətindən (LİNK- VM 99.3) alınan, ödəmə mənbəyində vergiyə cəlb olunmayan gəlir əldə edən, və bu səbəbdən də vergi orqanında gəlir vergisinin ödəyicisi kimi uçota durmuş fiziki şəxs hesabat ili ərzində əldə etdiyi gəlirdən, yəni əldə olunan vergi tutulan gəlirlərlə bu gəlirlərin əldə olunmasına çəkilən və Vergi Məcəlləsinin X fəslinə uyğun olaraq gəlirdən çıxıla bilən xərclərin fərqindən Vergi Məcəlləsinin 101.2-ci maddəsində göstərilən dərəcələrlə gəlir vergisini hesablamalıdır (Vergi Məcəlləsinin 102.1-ci maddəsində, ilk növbədə 102.1.6-cı maddəsində qeyd olunan güzəşt hüquqlarını nəzərə almaqla).
Eyni saytdan:
Gəlir vergisinin ödəyiciləri olan fərdi sahibkarların vergi öhdəlikləri
Sahibkarlıq fəaliyyətindən gəlir əldə edən və vergi uçotuna gəlir vergisinin ödəyicisi kimi alınan fərdi sahibkar hesabat ili ərzində əldə etdiyi gəlirdən, yəni əldə olunan vergi tutulan gəlirlərlə bu gəlirlərin əldə olunmasına çəkilən və Vergi Məcəlləsinin X fəslinə uyğun olaraq gəlirdən çıxıla bilən xərclərin fərqindən Vergi Məcəlləsinin 101.2-ci maddəsində göstərilən dərəcələrlə gəlir vergisini hesablamalıdır (Vergi Məcəlləsinin 102.1-ci maddəsində, ilk növbədə 102.1.6-cı maddəsində qeyd olunan güzəşt hüquqlarını nəzərə almaqla).
Bundan bashqa:
96.2. Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən qeyri-rezident vergi ödəyicisi daimi nümayəndəliyi ilə əlaqədar olan vergiyə cəlb edilən gəlirləri üzrə gəlir vergisinin ödəyicisidir.Vergiyə cəlb olunan gəlir, konkret dövrdə Azərbaycan mənbələrindən daimi nümayəndəliklə bağlı əldə edilən ümumi gəlirlə həmin dövrdə bu gəlirlərin əldə edilməsi ilə əlaqədar çəkilən və gəlirdən çıxılan məbləğ arasındakı fərqdir.
Tarix Nadiri yarisina kimi oxumusham, amma ……Indi gelin arashdirin hansi bize aiddir ????????????????????? Kompaniyanin heyata kechirdiyi satishin hecminden asili olaraq BONUS elde eden Questchiler sahibkar hesab oluna biler ya yox? Bunun uchun Numayendeliyin ohdeliyinde Mutexessis varmi?????
Diger terefden de ki: Elektron biznes haqda qanunda vergi meselesi varmi??????????
Ele bu dem Eyyub Yaqubov yada dushur: KiiiiM BiLiR ?????????????????Posted 1 year ago # -
Eger vergiler nazirliyinde bu i$e nece verginin tetbiq olunmasini bilmirse hansi ustalardan söhbet gede biler? Mence bize gözlemek qalir. Çünki itv-de geden verli$e baxdinizsa orda qeyd edilir ki, $ebeke marketingi azerbaycan qanunlarina uygunla$dirmaq üçün xarici mütexesis devet olunacaq. 6 ay erzinde teklif hazirlanib milli meclise teqdim olunacaq. Sonrasini da ki Allah bilir. In$allah yax$i olar.
Posted 1 year ago # -
Admin Bey,
Numayendeliyin Aidiyyati Shexsleri bununla, mence, maraqlanirlar, her halda, musteqil ekspertlere de muraciet edilse pis olmazdi:
• Gəlir vergisinin dərəcəsi
Fiziki şəxslərin aylıq gəlirindən aşağıdakı dərəcələrlə vergi tutulur:
Vergi tutulan aylıq gəlirin məbləği 2000 manatadək olsa, Verginin məbləği
14 faiz
2000 manatdan çox olduqda ise Verginin məbləği 280 manat + 2000manatdan çox olan məbləğin 35 faizi
Fiziki şəxslərin muzdlu işlə əlaqədar aldıqları və vergi tutulmalı olan aylıq gəlirindən yuxarıda göstərilən dərəcələrlə ödəmə mənbəyində gəlir vergisi tutulur.
Fiziki şəxslərin aylıq gəliri 200 manatadək olduqda minimum əmək haqqının 1 misli məbləğində olan hissəsi azaldılır.
İki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir.
Dövlət sosial təminat sistemi vasitəsilə ödənilən pensiyalar istisna edilməklə, digər şəxslərə pensiya ödəyən, muzdla işləyən fiziki şəxslərə ödəmələr verən, vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və fərdi sahibkarlar yuxarıda göstərilən dərəcələrə uyğun olaraq ödəmə mənbəyində gəlir vergisi tutmalı və dövlət büdcəsinə ödəməlidirlər.
Ödəmə mənbəyində vergi tutan gəlir vergisinin ödəyiciləri rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq ödəmə mənbəyində tutulan vergilər barədə bəyannaməni vergi orqanına təqdim etməlidirlər.Fiziki şəxslərin illik gəlirindən aşağıdakı dərəcələrlə vergi tutulur:
Vergi tutulan illik gəlirin məbləği 24000 manatadək olduqda Verginin məbləği
14 faiz,
24000 manatdan çox olduqda ise, Verginin məbləği 3360 manat + 24000 manatdan çox olan məbləğin 35 faizi
Fiziki şəxslərin illik gəliri 2400 manatadək olduqda minimum əmək haqqının 12 misli məbləğində olan hissəsi azaldılır.
Fərdi sahibkarlar rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməli, hesabat ilindən sonrakı ilin mart aynın 31-dən gec olmayaraq vergi orqanlarına gəlirləri haqqında bəyannamə verməli və həmin vaxtadək illik gəlir üzrə son hesablama aparmaqla (cari ödəmələr nəzərə alınmaqla) gəlir vergisini dövlət büdcəsinə ödəməlidirlər. http://www.taxes.gov.az/?name=pages&page=beledchi&lang=Diger terefden de bele deyirler:
ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və əvvəlki üç aylıq dövr ərzində vergi tutulan əməliyyatlarının həcmi 22500 manat və ondan az olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər.
Belə vergi ödəyiciləri hər il aprel ayının 20-dən gec olmayaraq vergi bəyannaməsini və ya bu hüquqdan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduqları vergi orqanına təqdim etməklə seçdiyi metodu təqvim ilinin sonunadək tətbiq etməlidirlər.
Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməzlər:
- aksizli mallar istehsal edən şəxslər;
- kredit və sığorta təşkilatları, investisiya fondları, qiymətli kağızlar bazarının peşəkar iştirakçıları, lombardlar;
- qeyri dövlət pensiya fondları;
- əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edənlər;
- mülkiyyətindəki avtonəqliyyat vasitələrindən başqa digər əsas vəsaitlərinin qalıq dəyəri 1.000.000 (bir milyon) manatdan artıq olan, lakin fəaliyyəti avtonəqliyyat vasitələri ilə daşımaların və mənzil tikinti fəaliyyətinin həyata keçirilməsindən ibarət olmayan şəxslər. http://www.taxes.gov.az/?name=pages&page=beledchi&lang=Questchi yuxaridakilardan hansina aiddir ???????????????????????????????????????????
Posted 1 year ago # -
men bilen her kes VÖEN alıb istədiyi vergi sistemini seçe biler. sadeleşdirilmiş yada ki gelir. seçim sizindir.
Posted 1 year ago #
Reply
You must log in to post.