“QuestNet” işi üzrə məhkəmə prosesi başladı
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “Quest net” firması işçilərinin Cinayət Məcəlləsinin 178.3.1 (mütəşəkkil dəstə tərəfindən dələduzluq) maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Lent.az-ın məlumatına görə, iş üzrə məhkəməyə sədrliyi Mahmud Ağalarov edir.
İş üzrə Valeh Ağayev, Yalçın Səmədov, Arif Babayev (hazırda AzTV-də redaktor vəzifəsində çalışır), Tərlan Baxşəliyev, Mübariz Quliyev, Elşən Əliyev, Vüqar Məmmədov (Bakı İslam Universitetinin tələbəsidir), Zaur Babayev, Amin Hüseynov, Natiq Şiriyev, Şakir Ağayev, İran vətəndaşları Bəhram Beylami və Mahmudzadə Bağbani təqsirləndirilir. Onlar hazırda zamindədir.
Məhkəmə baxışı noyabrın 6-a təyin olub.
Əvvəlcədən deyim ki, sonradan aləm bir-birinə dəyməsin. Yoxsa Xeybər kimilər uje qonaqlıq verməyə hazırlaşırlar. Bu məhkəmə buraxılnalar haqqında veriləcək son qərardır. Baş vermiş hadisələr, Heydər Əliyevin medalyonun təqdimatı və İctimai Televiziyanın QuestNet haqqında hazırladığı verilişdən sonra, təbii olaraq məhkəmənin nə qərar verəcəyi aydındır.
Ancaq əgər kimin isə həqiqətən də nə isə günahı olubsa yəqin ki, cəzalandırılacaq...