Deyilənlərə görə belə bir şirkət var ki, ora gəlib onların təklif etdiyi maldan birini alırsan, daha sonra 2 nəfərə də həmin şirkətin malını aldırtdıqdan sonra başlyaırsan pul qazanmağa. Həmin şirkətin adı QuestNetdir və bu şirkətdə işə düzəldikdə 4-5 aydan sonra həftənə 5000, 15000 min pul qazanmaq olar. Necə də bəsit, ilk baxışdan isə şübhəli olan bir biznes və yaxud fırıldaq təklifi. Bir çoxlarının marağına səbəb olmuş bu möcüzə kompaniya və sonsuz gəlirlər şirkəti internetdə də saysız hesabsız mübahisələr, söz-söhbətlər və təbii ki suallar doğurmağa müvəffəq olmuşdur.
Hətta Azərbaycanda bu şirkəti haqqında mətbuatda dəfələrlə tənqid edici və mənfi məlumatlar dərc edilmişdir. Lakin, bütün bna baxmayaraq şirkətin Azərbaycanda rəsmi nümayəndəliyi, 10dan artıq rəsmi distribyuterləri vardır. Şirkət ilə çalışan şəxslər isə Vergilər Nazirliyi və DSMF-də mütləq qeydiyyatdan keçməli və gəlirlərinə görə dövlət vergi verirlər.
QuestNet şirkəti haqqında dolğun araşdırma aparıb yazmağıma səbəb nə oldu? Bəzi internet resurs və forumlarda bu şirkətin fırıldaq və dinimizə uyğun olmayan işlərlə məşğul olub da, insanlardan pul toplamaq ilə məşğul olduqları, bunun kimi sistemin haram və s. olduğu göstərilməkdədir. Üstəlik bir neçə dini alimdən məhz bu şirkət haqqında öz fikirlərini bölüşmək istənilmiş və əvəzində tam mənfi bir cavab ortaya qoyulmuşdur. Ancaq, apardığımız araşdırmalar nəticəsində məlum olmuşdur ki, ilk növbədə dini alimlərə verilmiş suallar təmamilə səhv və həqiqəti əks etdirməyən tərzdə verilmişdir. Bununla belə verilən cavablar da səhv suala verilmiş düzgün cavablar kimi dəyərləndirilir. Bu barədə sonra. İlk növbədə QuestNet şirkəti və onun insanlara nə təklif etdiyi barədə danışacağam ki, sözü gedən mövzuda nədən bəhs edildiyi anlaşılsın.
QuestNet şirkəti 1998-ci azad iqtisadi zona olan Hong-Kong şəhərində qeydiyyatdan keçmiş və öz fəaliyyətinə başlamışdır. Şirkət həm Avropa, həm də Asiya şirkətləri ilə əlaqə quraraq, onların istehsal etdiyi malların, eksklyuziv satış hüquqlarını almışlar. Bu isə o deməkdir ki, şirkətin satışa çıxartıdığı malları yalnız onlardan və yaxud digər satıcılardan qat-qat ucuz qiymətə almaq olar.
Şirkət Olimpiya Komitəsi, FİFA, Dünya Ticarət Fondu, BMT və s. kimi nüfuzlu qurumlarla əməkdaşlıq edir. Məhz bunun nəticəsində Sidney, Afina və Pekin Olimpiya oyunları, FİFA 2006 futbol üzrə dünya çempionatının rəsmi medalyonları şirkətin əməkdaşlıq etdiyi Mayer Mint zavodunda istehsal olunaraq, QuestNet tərəfindən alıcılara təqdim edilmişdir.
QuestNet nə təklif edir? QuestNet ilk növbədə insanlara yüksək keyfiyyətli və dünya üzərində tanınmış (Bernard H.Mayer, CİMİER, NOKİA, Pirelli və s. kimi ) şirktlərin eksklyuziv mal və xidmətlərini təklif edir. Daha sonra QuestNet şirkətinin müştərisi olmuş şəxslərə, şirkətin biznes partnyoru olmağı təklif edir. Bunun üçün şirkət öz partnyorlarına, müasir internet platforması üzərində qurulmuş onlayn dükandan istifadə etməyi təklif edir. Yəni, şirkətin biznes partnyoru olmuş şəxs üçün şirkət tərəfindən on-layn dükan verilir ki, bu dükandan istifadə edərək partnyorlar həm özləri qazanır, həm də şirkətin daha böyük müştəri bazası əldə etməyinə yardımçı olur. İnternet marketinq və on-layn dükanlarla yaxından tanış olmayan şəxslərə bunu anlamaq o qədər də asan deyil. Məhz bu səbəbdən də bir çox sual yaranır. Özüm QuestNet şirkəti ilə tanış olmamışdan əvvəl 2 il internet marketinq və on-layn dükanlarım olduğumdan, QuestNetin təklifi daha maraqlı gəldi. Müxtəlif çeşidli mallarla dolu onlayn dükan, üstəlik təhlükəsizlik və ən əsası da hazır biznes plan və sistem. Üstəlik bütün bunlar illik cəmi 10$-a. Axı niyə də yox?
Bəzi insanlar QuestNetin partnyoru olmaq üçün ilk növbədə onun təklif etdiyi hər hansı bir malı almağın alınmasını məcbur sayır, lakin bu həqiqətdə tam yalnış məlumatdır. Tutalım siz şirkətin partnyoru deyilsiniz və ilk dəfə tanış olursunuz. Şirkətin rəsmi saytındakı SHOP düyməsinə basaraq dükana daxil olduqda qarşınıza ilk çıxan yazı nədir?
Important Notice: Making a purchase as a Retail Customer WILL NOT register you to be an Independent Representative.
Diqqət: Pərakəndə bir alıcı kimi dükandan aldığınız mal sizə şirkətin Azad Nümayəndə olmaq haqqını vermir.
Göründüyü kimi, siz şirkətin azad nümayəndəsi olmaq üçün mütləq şəkildə mal almalısınız fikri yalnışdır. Bu dükandan siz yalnız şirkətin partnyoru olan bir insanın kodundan istifadə edərək mal ala bilərsiniz, ancaq bu heç də sizin şirkətin partnyoru olacağınız demək deyil. Yeri gəlmişkən bu məqama da toxunum. Bəzi insanlar dükana daxil olmada istifadə olunan şifrənin şübhəli olduğunu düşünür və burda nə is bir fırıldaq olduğunu söyləyirlər. Əslində isə iş tam bu fikrin əksinədir. Şirkət öz partnyorlarını düşünərək bir partnyorun müştərisini, digər partnyorun müştərisindən ayırmaq üçün hər bir partnyoruna məhz onu tanıdan nömrə vermişdir ki, bu nömrədən istifadə olunaraq dükana daxil olan şəxs, hər hansı bir mal aldıqda həmin nömrəyə uyğun olaraq, partnyora komissiyon haqq hesablanır.
Bəs partnyor olmaq üçün nə etmək lazımdır? Partnyor olmaq üçün heç də ilk növbədə şirkətin təklif etdiyi mal və məhsulu almaq deyil, rəsmi saytda qeydiyyatdan keçərək, virtual ofisdən istifadə haqqı kimi illik 10$ ödəmək lazımdır. Vəssalam bununla da siz QuestNet şirkətinin partnyoruna çevrilmiş olursunuz.
Bundan sonra sizi şirkətin məhsulları və biznesi ilə tanış etmiş şəxsin də biznesinin irəliləməsi üçün bəyəndiyiniz hər hansı bir malı özünüz üçün alırsınız. Onlayn dükanda bütün mallar müxtəlif qiymət aralıqlarına uyğun olaraq ballaşdırılmışlar. Siz istər 1, istər 2, istər 3 və hətta 21 bal dəyərində olan mal və xidmətlər kateqoriyasından özünüzə uyğun və bəyəniyiniz mal və xidmətləri seçə bilərsiniz. Sizdə sual yarana bilər –“ Axı nə üçün mən şirkətin partnyoru olduqdan sonra mal almalıyam?”. Cavab sadədir. Biznes və ticarətin əsas qanunlarından biri ortada mal və xidmətin satışı və dövriyyəsinin mütləq olmasıdır. Əgər hər kəs şirkətin biznes partnyoru olduqdan sonra, heç bir mal almazsa o zaman bu cür biznesin heç bir əhəmiyyəti də qalmaz. Hesab edin ki, sizdən aşağıda 1000 nəfər partnyor var ancaq, heç kəs heç bir mal almayıb. Buna görə nə şirkət bir qəpik qazana bilər, nə də ki, siz və sizin partnyorlar. Üstəlik sizə biznesi tanıtdıran şəxs ilk növbədə şirkətin təklif etdiyi malları təklif etmiş, daha sonra isə biznesi göstərib. Siz istər şirkətin malını alıb, heç bir partnyorluq müqaviləsi bağlamadan öz işlərinizlə məşğul ola bilərsiniz. Şirkətin dəstəyi ilə öz biznesinizi qurmaq istəsəniz isə, partnyor ola bilərsiniz. Üstəlik, siz kiminsə işçisi deyil, öz şəxsi biznesinizin sahibi olursunuz. Yəni burda siz işə düzəlmirsiniz, sadəcə professionalların dəstəyi ilə öz on-layn dükan və biznesinizi qurmuş olursunuz.
Bəs partnyor olduqdan sonra nə etməliyəm? Şirkətin iş prinsipini tənqid edən mənbələrin dediklərinə görə siz bu işdə pul qazanmaq üçün siz 6 adam gətirməli və onlar işə qoşulduqdan sonra siz pul qazanacaqsınız. Bu cür primitiv yazını oxuyan hər bir kəs təbii ki, biznes və şirkət haqqında mənfi fikrə düşə bilər. Ancaq, reallıqda heç də bu cürə deyil. Bu biznesdə əsas şərt adam qoşmaq deyil, mal satışını həyata keçirtməkdir. Yuxarıda deyildiyi kimi, siz özünüzdən sonra min nəfər mal almadan insan qoşsanız, heç bir şey qazanmayacaqsınız. Ancaq, özünüzdən aşağıda partnyor yaratmadan, malların satışını həyata keçirtsəniz belə, sizin hesabınıza pul gələcək. Beləliklə yuxarıda deyilən fikir təmamilə öz qüvvəsini itirmiş olur.
Lakin, öz satışlarınızı sürətləndirmək və biznesinizi genişləndirmək istəyirsinizsə, təbii sizin bir komandaya ehtiyacınız var və şirkət sizə məhz öz komandanızı yaradaraq biznesinizi genişləndirmə imkanını da tanıdır. Siz öz şəbəkənizə adam qoşmursunuz, siz özünüzün distribyuter şəbəkəsini yaratmış olursunuz. Fərqi anlamaq üçün adi riyazi hesablama etmək kifayətdir. Siz tək bir ayda 3 mal sata bilsəniz, 5 nəfərlik komanda eyni nəticəni hansı müddətə və yaxud bir aya nə qədər mal sata bilər? Bəs 20, 50, 100 və daha distribyuter sizin nəticənizi neçə dəfələrlə artıra bilər? İndi gördüyünüz komanda və distribyuter şəbəkəsinin yaradılmasında zərurət nədən yaranır?
Təbii ola bilər ki, sizin 100 nəfərlik distribyuter şəbəkəniz olsun, və elə o qədər də müştəriniz. Əgər yuxarıdakı yalnış fikirlə götürsək o zaman siz yalnız 100 nəfərlik distribyuterdən qazana bilərsiniz. Ancaq, əslində siz əlavə malları satdığınız, lakin şirkətin və sizin parntyorunuz olmaq istəməyən insanlara satılan mallardan da qazanmış olacaqsınız.
Şirkətin biznes planında belə bir məqam da vardır ki, sizə həftəlik maksimum 5000, 15000 $ qazanmaq limiti qoyulur. Düzü mən sistemi bəyənməyən və piramida olmasında günahlandıran insanların, məhz elə bu məqamdan da nə üçün gileyləndiklərini anlamıram. Axı elə limitin olması elə bu sistemi fırıldaqçı piramida sistemindən ayırır. Yəni sizin şirkətin biznes partnyoru nə vaxt olmağınızdan asılı olmayaraq, istər 2 il bundan qabaq başlasın, istər bu gün işə başlasın, son nəticədə hər kəs eyni dərəcədə gəlir əldə etmiş olacaq. Və məhz bununla da biznes plan yalnız ilk qoşulan və yalnız yuxarıda olanların qazandığı maliyyə piramidasından fərqlənir.
Bundan yuxarıda QuestNet şirkəti haqqında qısa məlumat, Şirkətin partnyor olmaq və onun kompensasiya şərtləri ilə tanış olduq. İndi isə sizə internetdə məhz QuestNet şirkəti ilə əlaqədar guya dolğun araşdırma apararaq, bu şirkətin və təklif etdiyi biznesin haram olması ilə əlaqədar növbəti araşdırmanın yalanlarını ortaya qoymaq istərdim. Özlərini dindar adlandıran bəzi şəxslər ya tam araşdırma aparmadan, yada ki, sadəcə özlərinə ad qazanmaq üçün din xadimləri və alimlərə bilərəkdən və yaxud bilməyərək səhv suallar verməklə, insanları şübhələrə salırlar. Aşağıda din xadimlərinə verilən yalnış sual və nəticədə əmələ gəlmiş yalnış cavabları təqdim edib, səhvləri göstərəcəyəm. Beləliklə adını çəkmək istəmədiyim bir şəxs bu cür sual ilə Dr. Ahmet Efe Hoca – ya müraciət edərək ondan, bu biznes haqqında Fətva verməsini istəmişdir (Sual türkcə olduğundan onları olduğu kimi təqdim edirəm):
Sual : Saat, şampuan, kolye, yüzük, telefon kılıfı gibi hafif ürünler satan bir firma bu malları birebir/yüzyüze pazarlamacılar aracılığıyla pazarlıyor ve aracıya prim veriyor. Bu şirketle çalışmak isteyen kişi önce bu mallardan bir tane almak zorunda. Ancak fiyatlar malın değerinden çok yüksek. Meselâ bir telefon kılıfı 580 ABD doları. Kişi bunu bu fiyata altıktan sonra şirketle çalışmak istediğini merkeze bildiriyor ve çalışmaya başlıyor. Önce 2 kişiye aynı şekilde malı satıyor. O 2 kişi de diğer 2 kişiyi daha buluyor. 6 kişi tamamlanınca 1. şahsa ayda 250 $ prim gelmeye başlıyor. Üyelik zinciri uzadıkça gelir artıyor. Aylık gelir 3.000 $ olunca prim donduruluyor. Satılan mal bir bankanın garantisi altında doğrudan müşteriye teslim ediliyor. Pazarlamacı hiçbir safhada maldan sorumlu olmuyor. Üyelerin tek işi üye bulup primi arttırmak oluyor.
Bu yolla kazanılan para helâl midir?
- İlk öncə sualda qəsdən və yaxud bilməyərəkdən verilmiş səhvləri göstərmək istərdim. Şirkət yuxarıda da deyildiyi kimi, sadə mallar deyil, təmamilə brend və yaxud patentləşdirilmiş malların satışını həyata keçirir.
- Bu işdə çalışmaq istəyən hər bir şəxs əvvəla mal alıb, daha sonra şirkətlə çalışmaq istədiyini deyil, tam əksi olaraq, ilk növbədə şirkətin partnyoru olmalı və yalnız bundan sonra şirkətin malını almalıdır.
- Qiymətlərin isə malların real qiymətlərindən qat-qat baha olması da cəfəngiyatdır. Belə ki, şirkətin təklif etdiyi CİMİER və Bernard H.Mayer markalı saat və zinət əşyaları əl işləri olmaqla yanaşı QuesNet-in onlayın dükanınza onların fabrik qiymətinə satılır. Kənarda isə yalnız CİMİER saatlarını tapmaq olsa da, bu saatların adi dükanlarda pərakəndə satış qiyməti 2 qat artıqdır. Bu digər mallara da şamil olunur.
- Yalnız 6 adam bu şəbəkəyə qoşulduqdan sonra şirkət tərəfindən 250$ ödənildiyi fikri də tam səhvdir. Yuxarıda da deyildiyi kimi, onlayn dükanın malları ballaşdırılmış və sizin vasitənizlə şirkətdən 3 ballıq mal və yaxud xidmət almış cəmi 2 şəxs olsa belə siz şirkət tərəfindən 250$ olaraq mükafatlandırılacaqsınız. Üstəlik bu şəxslərin sizin şəbəkəyə qoşularaq, şirkətin partnyoru olmaq məcburiyyəti də yoxdur. Bununla da belə əsas sizdən aşağıda neçə adamın qoşulduğu deyil, sizin vasitənizlə nə qədər mal və xidmətin alınmasıdır.
- Aylıq gəlir 3000$ olduğunda isə komissiyon haqqların donması da yalnışdır. Belə ki, bir az yuxarıda deyildiyi kimi, bir nəfər distribyuterin ilkin mərhələdə bir həftəyə maksimum qazana biləcəyi məbləğ 5000$ -dır. Bu isə heç də bundan sonra gəlir gəlməyəcəyi və yaxud artırıla bilməyəcəyi demək deyil. Sizin gəlirləriniz bir başa sizin distribyuter şəbəkənizin fəaliyyəti nəticəsində şirkət vasitəsilə satılan malların həcmindən asılıdır. Bu məbləğ 5000$-dək olduqda təmamilə sizə verilir, 5000$-dan yüksək olduqda isə 5000$-ı sizə ondan artıq məbləğ isə şirkətin gəliri kimi qəbul olunur.
- Əsas və bəlkə də müsbət olaraq dəyərləndirilməli bir cümlə şirkətin biznes partnyorlarının satılan mal və xidmətlərdən sorumlu olmamasıdır. Təbii bu məsələ satışı bir-başa həyata keçirən şirkətə aiddir və məhz elə bu prinsip bir çox insanın şəbəkə marketinqi və on-layn ticarətlə məşğul olmağa vadar edir.
Göründüyü kimi verilmiş sual ilk cümləsindən səhvlərlə başlamış olduğundan, bu cür suala sağlam cavab da olmayacağı tam aydındır.
Cavab : Bazarlama komisyon haqqı kimi görünən bu qazanca, aşağıdakı səbəblərdən “Halal” demək mümkün deyil:
- Təkrar edim ki, “halal” deyildir kəliməsi səhv verilmiş suala verilmiş cavabdır. Şübhəsiz yuxarıdakı sualı kim oxusa, burada nəyinsə çatışmadığını dərhal anlayar. Mövzunu elə burada da saxlayıb davam etməyə bilərəm. Ancaq, gələcəkdə bu məqaləni oxuyan şəxslərə bir dəlil kimi göstərilə biləcək aşağıdakı cavbda da səhvlərin nədən ibarət olduğunu göstərmək üçün davam edəcəyəm.
1. Ortada mal yoxdur: “Alış-veriş olundu” deyilən bir işdə, o bazarda mal ve pulun birbirini qarşılaması gərəkir. Yəni alınan mal, ona verilən pulun dəyərində olmalıdır. Bu bərabərliyi saxlamaq üçün, bazarlıq olunur. Uyğun bir bərabərlik olmazsa biri satmaz, qarşı tərəf isə almaz. Bir insan bir malı bazar dəyərindan daha baha satılan mala pul verib alırsa, bur əsl məqsədi mal almaq deyil deməkdir. Onun verdiyi bu pulun qarşılığında əldə etmək istədiyi aydındır. Çünki, insan maddı və yaxud mənəvi bir qarşılıq görmədən pulunu əldən verməz. Bu alış-verişdə ortada pul yox, sadəcə pul varsa bunun adı necə “bazarlama” ola bilər?!
- birincisi ortada mal yoxdursa, sualda da verildiyi kimi saat, zinət əşyaları telefon və telefon proqramları, turistik paketlər və s. nə deməkdir?
- Ikincisi malların dəyərinin bazar qiymətlərindən qat-qat baha olması da yuxarıda verdiyimiz saat misalındakı kimi cəfəngiyatdır və alimin bu cür cavab verməsi, səhv verilmiş sual nəticəsində ortaya çıxmışdır. Dolayısı ilə şirkət tərəfindən təqdim olunan bütün mallar demək olar ki, bazarda olan eynilərindən baha deyil, əksinə 2 qat və hətta 3 qat ucuza başa gəldiyindən ortaya belə bir nəticə çıxır ki, məhz bu malları kənardan almaq “haram”, şirkətin distribyuterləri vasitəsilə almaq isə tam “HALAL”dır.
- Malların bazarda olan analoqlarından baha və yaxud ucuz olması isə sübut olunardı və lazımi araşdırmalar aparılarsa hər kəs bunun şahidi ola bilər. Ən azından mən saatlar, telefon, istirahət paketləri və zinət əşyaları ilə bağlı apardığım araşdırmada bunu özümə sübut etmişəm.
2. Sistemə üzvlük söhbəti olmasa idi o adamın malı almağa niyyəti olmaması açıqdır. Üstəlik üzvlərin çalışma və üzv tapma üsullarını göstərən yazıları detallı şəkildə incələdikdə satılan malların keyfiyyətinin nə şəkildə başa salınacağı göstərilmir. Buna görə də bu sistemdə mal və xidmətlər simvolik xarakter daşıyır. Guya alış verişin olduğunu göstərmək üçün gözdən pərdə asmaqdır.
- İlk cümləyə nəzər saldıqda dərhal başa düşülür ki, bu cavabı verən insanın biznes və ticarətdən xəbəri yoxdur və yaxud bu işin biznes olmadığını düşünür. Tutalım mən sabah hər hansı bir ticarət ilə məşğul olmaq istəsəm və özümə heç də gərəyi olmayan bir mallar ilə məsələn, qadın geyimlərinin satışı ilə məşğul olsam, bu məgər haramdır? Axı mən ticarətlə məşğul olmaqda əsas məqsədim mal və ya xidmət satışını həyata keçirərək pul qazanmağımdır. Mənim ilkin məqsədim heç də həmin malı özüm üçün almamaq da ola bilər. Üstəlik mən ticarətlə məşğul olmaqla bir sistemə üzv olmuş sayılıram. Çünki, həmin malları özüm istehsanl etmirəm, başqa bir istehsalçıdan və yaxud 3-cü şəxsdən alıb, müştərilərə və yaxud digər bir satıcılara satmış oluram.
- İkincisi istənilən şəxs həmin malların keyfiyyəti barədə həm rəsmi saytında, həm şirkətin həmin mal və xidmətlərlə bağlı broşurlarında, həm də onlayn video təqdimatda tanış olmaq olar. Bütün bu vəsaitlər isə pulsuz şəkildə təmin olunduğu halda bu cür vəsaitlərin olmamasını demək bu barədə bilməmək deməkdir.
- Üstəlik verilən sualda da, açıq aşkar şirkət tərəfindən göndərilən malların hər hansı bir bank tərəfindən zəmanətdə olduğu da göstərilir.
3. Yuxarıda deyilənlərdən belə bir nəticəyə gəlmək olar ki,: Bu şirkətin malını satmaq deyil, şirkətə üzv alqı-satqısı deməkdir. Yəni hər bir üzv şirkətdən alacağı komissyon qarşılığında şirkətə üzv tapır. Nəticədə 6 üzv tapılır, şirkətə bir neçə min dollar gəlir gəldiyində, şirkət ona propaqanda əməyinin qarşılığında gəlirin cüzi bir qismini vermiş olur deməkdir. Həqiqətdə isə ortada bir malın olmaması, bu işdə “mənə 10 manat tapan 1 manat hədiyyə veriləcək” kimi bir bazarlama var. Bir mal və yaxud əmək ortada olmadan isə əldə edilən qazanc halal olmaz.
- Yuxarıdan verilən açıqlamalardan da aydın olduğu kimi 3-cu sual ilk 2 səhv cavabın nəticəsində ortaya çıxmışdır. Artıq bildiyimiz kimi şirkətin həm real mal və xidmətləri var, bu mal və xidmətlər keyfiyyətli və kənar bazardakı qiymətlərdən baha deyil, əksinə qat-qat ucuzdur.
- İkincisi yuxarıda göstərildiyi kimi burada sizə qoşulmuş şəxslərin sayından asılı olmayaraq, yalnız tövsiyyəniz nəticəsində şirkət tərəfindən satılmış malların həcminə əsasən komissiyon haqq verilir.
- Ortada açıq aşkar mal və şirkətin malının satılması ilə nəticələnən bir iş olduğundan bu cür gəlir “haram” sayıla bilməz.
4. Üzvlər, digər üzvləri tapmaq üçün sərf etdikləri vaxta qarşılıq olaraq gəlir əldə etdiklərini göstərə bilərlər. Ancaq, bu düzgün deyildir. Çünki;
a-Üzvün bu istəyi şirkət üçün deyil özü üçün sərf etməkdədir. İnsan başqası üçün sərf etdiyi, əməyin qarşılığını başqasından istəyə bilməz. Öz işində çalışanın kimsədən haqq tələb edə bilməyəcəyi kimi.
- Təbii olaraq, insanların bu işdə sərf etdiyi enerji və vaxt özləri üçündür. Ancaq bu nyuans məni çaşdırdı. Necə yəni əgər mən bir şirkətdə çalışıramsa, mənim aylıq əmək haqqımı məgər müdirimdən istəmək haqqım yoxdur? Yaxud mən hər hansı bir şirkətlə çalışaraq onların mal və ximdətlərinin satılmasında yardımçı oluramsa, buna görə şirkətdən haqqımı tələb edə bilmərəm? Bütün dünya əzəldən məhz bu sistem üzərində qurulmuşdur və bu fikrin yalnız şəbəkə marketinqində keçərli olmaması fikri, şüphə doğurur.
- Sonuncu cümlədə də səhv yanaşma vardır. Bəli şəbəkə marketinqində insanlar öz şəxsi bizneslərini qururlar, lakin onlar öz mallarını deyil partnyoru olduqları şirkətin mallarının satılmasında vasitəçilik etdiklərindən, onlara ödənilməli olan komisyon haqqlarda məhz partnyor şirkət tərəfədn qarşılanmalıdır.
b- Şirkət üçün çalışdığını qəbul etsək belə, aldığı yenə halal olmaz. Çünki, şirkət ona bu pulu malı satdığı üçün vermir. Axı malın onsuz da o qədər dəyəri yoxdur. Yəni şirkət üzvlərinə 250 dollar və sonrasını özünə pul topladığı üçün verir. Qısacası insanlar əmək sərf edir, ancaq bu əməyi halal haqqları üçün sərf etmirlər. Ona görə də aldığı pul halal sayılmaz.
- Bir öncəki, sətrimdə dediyim kimi, insanlar şirkət üçün deyil, şirkət ilə çalışırlar. Şirkət ilə müqavilə bağlamış şəxs onun işçisi olmaq müqaviləsi bağlamır və şirkət həmin şəxsdən cavabdeh deyil.
- Malın dəyərləri barədə isə yuxarıda bəhs etmişik.
- Şirkət insanlara pulu onların mallarını satmaqda kömək etdiklərinə görə verir.
- İnsanların “haram” deyil “Halal” işlərə əmək sərf etdikləri isə ilk 3cavaba verilən açıqlamalarda göstərilmişdir və məhz yuxarıdakılardan çıxaraq demək olar ki, insanlar haram işə deyil halal işə vaxt sərf etdiklərindən aldıqları pullar da halal sayılmalıdır.
5. Ətrafında 6 adam tapmayan insan əlindəki, malı satmalı olsa, verdiyinin neçədə birini ala biləcək görəsən?
- Bu sualı soruşan insan yəqin ki, ömründə telefon və s. almamışdır. Bir dükandan bir telefonu 200 manata aldıqdan 1 saat sonra onu geri satmaq istəsəniz, görəsən sizə nə qədər verərlər?
- Həm satılan malların keyfiyyəti və xarici bazarlardakı qiyməti barədə də məlumat vermişəm. Odur ki, sata bilən ona xərclədiyindən baha da sata bilər.
6. Bir qazancın haram olması üçün mütləq faizin olması şərt deyil. Bir malı dəyərinin üstündən əlavə karla satmaq, yalan söyləmək, malın qüsurunu gizlətmək … bunlar haramdır. Bütün bunlar “Ey iman edenler birbirinizin mallarını aranıza batil yollarla yemyin” yasağının altına girər.
- QuestNet şirkətinin təklif etdiyi malların üzərində bazar qiymətlərindən artıq qiymət qoyması, insanları keyfiyyət barədə aldatması və qüsurlarını gəlirlərlə ört-basdır etməsi cəfəngiyatdır.
- Şirkətin təqdim etdiyi zinət əşyalarını çəkisi ilə ölçənlər onların ilk növbədə əl işləri olmasını, hansı ölkədə və hansı şərtlərlə hazırlandığını, buna görə ustalara verilən məvacibi və həmin ölkənin iqtisadi göstəricilərini görmək istəmirlər. Çünki onları yalnız öz cibləri maraqlandırır. Həmin əşyaların isə orataya gəlməsində əməyi keçən bütün şəxslərin haqqları isə hesaba alınmır.
- Dünyada ən çox və ən keyfiyyətli mobil telefon istehsalçılarından biri olan şirkətin mallarının keyfiyyətsiz olması isə ümumiyyətlə gülüş doğurur. Bəs sizin telefonunuz hansı şirkətdəndir?
- Turistik agentliklər vasitəsilə gecəsi 150-200€ olan 5 ulduzlu hoteldə istirahəti, QuestNet vasitəsilə həftəsi 185$ dollara əldə etmək bəs? Məgər bu da bahalaşdırılmış qiymətlər siyahısına daxildir?
- Xalis qızıldan olan və numizmatik dəyəri olan medalyonların isə baha olmasından gileylənənlər, numizmatikadan başınız çıxmırsa, nə üçün bilən insanlar kimi danışırlar?
Suala verilmiş cavablar və onlara verdiyim açıqlamalardan nəyin düz, nəyin səhv olduğunu isə özünüz də anlaya bilərsiniz. Son da isə bir xırda məsələyə də toxunmaq istərdim. Sualı səhv vermiş şəxslə əlaqə saxlayaraq nə üçün sualı səhv verdiyini soruşdum. Üstəlik, ola bilsin məlumat çatışmamazlığından irəli gələ biləcəyini düşünərək, həmin adama malların qiyməti və keyfiyyəti barəsində qarşılaşdırmalı məlumat versəm də, sualı vermiş qəhrəman ona nə barədə danışdığımı başa düşər düşməz, mənə bu kəlməni cavab elədi:
- Quest.net’cilerin en büyük sermayeleri YALANDIR. Sermayesi yalan olan insanların söylediklerine ne kadar itibar edilir, siz karar verin.
- Eğer bir kimse -sosyal hayatında ne kadar doğru olursa olsun- bu işi yani TİTANCILIK işini yapıyorsa, karşısındaki insanı ikna etmek, hayallerini kullanmak için mutlaka YALAN SÖYLEMEK ZORUNDA… Çünkü bu iş doğru söyleyerek yapılmaz.
Bu da bu işi haram adlandıran və ona nə niyyətlə, nə üçün müraciət etdiyi insana veridyi uzun-uzadı cavabından ən əsas cümlələr idi. Olsun, siz öz cahilliyinizi göstərin, biz isə öz işimizi görüb, dünyayı yaxşıya doğru dəyişək. Bu dəfə söhbət bir şirkətdən getsə də, aydındır ki bu cür yanaşma tək QuestNet şirkətinə deyil, ümumilikdə bütün Şəbəkə Marketinqi şirkətlərinə aiddir.
Məndə razıyam ki, istənilən bir yerdə normal düşüncəli insanlarla yanaşı, əli əyri insanlar da ola bilər. Ancaq, bir neçə nəfərin bu işi ya tam anlamamsı, yada həqiqətən sui-istifadə edərək fırıldaqla pul qazanmaq istəyinə görə, bütün şirkəti və onunla çalışan insanları yalançı, haram yeyən adlandırmaq ən azından “böhtandır”. Böhtan sahibləri isə onları nə gözlədiyini çox gözəl bilir. Deyəcəklərim bu qədər. Siz də oxuyun və bu məqaləni bacardıqca çox insana yayın. Qara bizi basınca, biz qaranı basaq.
Yunis Hüseynov
www.nwm.az saytından götürülmüşdür.