Vaqif Abbasov Forum » XƏBƏR VƏ HADİSƏLƏR

“Quest Net”in əməkdaşlarının həbs müddəti uzadıldı

(11 posts)

Tags:

  1. admin

    offline
    Key Master

    “Quest Net” şirkətinin Azərbaycan agentliyinin rəhbəri və şirkətin daha üç əməkdaşı barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti uzadılıb.

    Bu barədə APA-ya şirkətin hüquqi təmsilçisi Natiq Abdullayev məlumat verib. Onun sözlərinə görə, məlum cinayət hadisəsində zərərçəkənlərin sayının həddən artıq çox olması və əməliyyat zamanı götürülmüş məhsulların hamısının hələ ekspertizadan keçirilmədiyi əsas gətirilərək istintaqın müddəti iki ay uzadılıb.

    Bununla əlaqədar Nərimanov rayon Məhkəməsi şirkətin Azərbaycan agentliyinin rəhbəri Mirvaleh Ağayev və agentliyin daha 3 əməkdaşı barəsində bu ilin fevral ayında seçilmiş 3 aylıq həbs müddətinin daha iki ay uzadılması barədə qərar qəbul edib. Hazırda fakt üzrə istintaq tədbirləri davam etdirilir.
    http://lent.az/news.php?id=22995

    Posted 1 year ago #
  2. AntiQuest

    offline
    Member

    Belda olmaliydi. Indi inandiniz ki dovlatin Quest Net haqqinda hec bir musbat dushuncasi yoxdu ?

    Bununla əlaqədar Nərimanov rayon Məhkəməsi şirkətin Azərbaycan agentliyinin rəhbəri Mirvaleh Ağayev və agentliyin daha 3 əməkdaşı barəsində bu ilin fevral ayında seçilmiş 3 aylıq həbs müddətinin daha iki ay uzadılması barədə qərar qəbul edib. Hazırda fakt üzrə istintaq tədbirləri davam etdirilir.

    Qeyd edək ki, bu ilin fevral ayında Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq yolu ilə vətəndaşları aldadıb onların milyonlarla manat pulunu ələ keçirmiş transmilli mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsi barədə məlumat yayıb: “Bu dəstə on minlərlə vətəndaşa çəkisi üç qramadək olan qızıl məmulatlarını həqiqi dəyərindən on dəfə baha qiymətə, 800-1500 ABŞ dollarına sataraq külli miqdarda qazanc götürüblər. Prosessual araşdırmalar göstərib ki, “Quest Net” firmasının mərkəzi ofisi Çin Xalq Respublikasının Honq-Konq şəhərində off-şor zonada yerləşir. Firmanın Azərbaycandakı agentliyinin rəhbəri Saatlı rayonunda anadan olmuş, 42 yaşlı Mirvaleh Ağayevin təşkilatçılığı ilə cinayətin qurbanına çevrilmiş 20 mindən çox şəxsdən cəmi 5100 nəfərinə zərgərlik məmulatları verilib, daha 15 minə yaxın sadəlövh vətəndaş hədiyyə alacağı və işə düzələcəyi vədi ilə aldadılıb. Əməliyyat zamanı ilk olaraq firmanın Bakıda 23 satış mərkəzində işləyən 41 nəfər saxlanılsada sonradan onların 37-i azadlığa buraxılıb. Lakin şirkətin Azərbaycan Agentliyinin rəhbəri Mirvaleh Ağayev və onun üç yaxın əlaltısı həbs ediliblər “.

    Fakt üzrə Cinayət Məcəlləsinin 178.3.1 (mütəşəkkil dəstə tərəfindən dələduzluq) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

    Attachments

    1. vijay.JPG (35 KB, 0 downloads) 1 year old
    Posted 1 year ago #
  3. azeri_007

    offline
    Member

    heeeeeeeee, de galsin ay ANTI-quest de galsin, questi baqlayan insan,

    Posted 1 year ago #
  4. NETWORKER

    offline
    Member

    Antiquest sen daha buralarda görünməsəm yaxşıdır.

    Posted 1 year ago #
  5. admin

    offline
    Key Master

    NETVORKER niyə elə deyirsən? Zaur burda olanda adam darıxmır. Həqiqət Zaur mənə izah edə bilsəydi bu iş maşennik işidir mən Questə yaxın getməzdim, amma edə bilmədi.

    Posted 1 year ago #
  6. azeri_007

    offline
    Member

    ZAURUN XETRINE COX DEYMEYIN QUESTI BAQLATDIRAR,HELE YADINIZDAN CIXMAYIB BESH AY BAQLATDIRDI, SONRA NESE FIKIRLESHDI KI, YOX YAXSHI DEYIL 200-E YAXIN OLKEDE ISHLEYIR BIRI OLSUN AZERBAYCAN. BEXTIMIZ GETIRDI BIZIM ZAUR KIMI DOSTUMUZ VAR,

    Posted 1 year ago #
  7. Mstyle

    offline
    Member

    Anti networkere ---
    yadlndadirsa DIN de cinayetkar deste var idi hamisini tutub basdilar... Burdna ne cixir DIN cinayetkar destedir????? cavabini ozunde bilirsen
    Mudafie naziriliyidne bu yaxinda Bir nece nefer yuksek rutbeli herbicini tutub basdilar.. onda bele cixir Mudafie nazirliyi cinayetkar destesidir??? bununda cavbini bilirsen
    bilmirsense deyim >>> YOX.. sadece ayri ayri shexsler ne ise mashenniklikle meshgul olurlar ona gore de onlari tutub basirlar... Kimelerese gore o boyda shirketin adini ise batirmaq??? YERI YOXDUR. bu da senin cavabin...

    Posted 1 year ago #
  8. admin

    offline
    Key Master

    Özüdəki DİN demədiki cinayətkar,maşennik şirkət yaxalandı vəya bağlandı. Söhbət cinayətkar dəstədən gedir və "dəstə" ifadəsi fərdlərə aid olur. Bu dəstənində cinayətkar olmağı hələ məlum deyil. İnstintaq davam edir. 4 gün sonra uzatmasalar bitməlidir bu proses. Eşitdiyimə görə artıq bəraət qazanıblar. Dəqiq heçnə deyə bilmərəm sadəcə eşitmişəm.

    Posted 1 year ago #
  9. Ziko

    offline
    Member

    hamiya salamlar. Men esitmisem ki, Valeh beyi mehkeme zalindan azadliqa buraxilib. lakin bu sohbeti esitmisim. deqiq olub-olmadiqini bilmirem!

    HORMETLE.

    Posted 1 year ago #
  10. Mstyle

    offline
    Member

    Mende dunen eshitdim ki Mirvaleh ve başqalarını buraxıblar... Hmmm ümid edirem ki günahı olanları birde şebekeye yaxın qoymazlar.

    Posted 1 year ago #
  11. azeri_007

    offline
    Member

    BASHQALARI YOX IKI NEFER CIXIB QALANLARI ORDADI

    Posted 1 year ago #

RSS feed for this topic

Reply

You must log in to post.